Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toy yox, restoranlar bağlı, əhali evə qapalı, amma ət idxalı artıb – Maraqlı

Ekspert: “Hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub”

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, 2020-ci ilin yanvar-may aylarında ölkəyə 22,5 min ton ət idxal edilib ki, bunun da dəyəri 40,4 milyon ABŞ dolları olub. Keçən ilin eyni dövründə isə bu idxal 20,3 min tonadək (29,3 milyon dollar dəyərində) olub.

Heyvandarlıqla məşğul olanlar, qəssablar isə deyirlər ki, karantin olandan toy-yas mərasimləri yoxdur, bir sıra iş yerləri də bağlanıb, buna görə əhali arasında təzə ətə tələbat azalıb, satış zəifləyib. Bəs görəsən, ölkəyə ət idxalı niyə keçən ilin eyni dövrü ilə müqayisədə bu il artıb?

AYNA-ya danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, son vaxtlar əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb: “Artıq əhalinin bir hissəsi bu gün 11 manat 50 qəpiyə təklif olunan təzə ət almır. Xaricdən gətirilən buzlaşdırılmış ətin qiyməti təxminən 4-5 manat civarında olduğu halda, burada kəsilən quzu əti 15 manat, mal əti 11 manat 50 qəpikdir. Əhali baha qiymətə olan yerli əti ala bilmədiyindən, xaricdən gələn ətə tələbat artıb. Onu da deyim ki, bizim əhali təzə ətə öyrəşib, lakin bir sıra məqamları çıxmaqla xaricdən gələn ətlə burada təzə kəsilmiş ət arasında heç bir fərq yoxdur. Təbii ki, burada bəzi hallarda qanunsuz yollarla gətirilən keyfiyyətsiz, istehlak üçün yararsız ətdən söhbət getmir”.

Ekspert məsələnin həm də son bir neçə ildə örüş sahələrinin bir qisminin əkinə verilməsi, yemin baha olması ilə bağlı olduğunu bildirir: “İki il əvvəl ət istehsalında da ciddi artım var idi. Heyvandarlıqla məşğul olan kəndlilər təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanların bir qismini məcburiyyət qarşısında qalıb kəsimə verdilər. İndi  iribuynuzlu və kiçikbuynuzlu heyvanların sayı azalıb”.

“Nəzərə alaq ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbir kimi mart ayının 14-dən toy-yas məclislərinin keçirilməsi qadağan edilib, eyni zamanda sərhədlər bağlanıb və turist gəlmir. Həmçinin, restoran-kafelər də uzun müddətdir fəaliyyətini dayandırıb, bu halda niyə ət idxalı keçən ilin eyni dövrü ilə müqayisədə artıb?” sualımıza cavabında ekspert qeyd edir ki, əhalinin tələbatı bundan asılı olan bir məsələ deyil: “Filankəs dünən restoranda, toyda yeyirdisə, bu gün evində yeyir. İstehlak norması var, bu, adambaşına düşən tələbata uyğun formalaşır. Əksinə, mən deyərdim ki, insanlar evdə qalanda daha çox istehlak edirlər”.

AYNA-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli isə sözügedən ziddiyyəti heyvandarlığa vurulan zərbənin nəticəsi kimi qiymətləndirir: “Təsəvvür edin ki, martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir. Bu halda ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi. Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır. Çünki, hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı. Nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmır, həm də heyvandarlığın yem bazası azaldı, yem qiymətləri artdı. Bu da ətin qiymətinə təsir göstərdi”.

Cəfərli bizim ənənəvi heyvandarlıq rayonlarımızın, bölgələrəmizin olduğunu xatırladır: “Camaat da yüzillərdir mal-qara, qoyun-quzu saxlamağa öyrənib, bu yanaşmanı təşviq etməkdənsə süni olaraq pambıq sevdasına düşmək məntiqsiz addım idi. Nəticə göz qabağındadır – turist yox, toy-yas yox, kafe-restoran bağlı, amma xaricdən ət idxalı keçən ilə görə 11% artıb, ətin qiymətində də enmə yoxdur. Məmləkətdə hər bir sahə belədir, elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək var, məmur maraqları var, vəssalam”.

AYNA-nın digər həmsöhbəti, iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, pandemiya şəraitinə görə qıtlıq yaranmasın deyə, hökümət aprel ayından ərzaq idxalına üstünlük verməyə başlayıb: “Pandemiyanın yaratdığı vəziyyətlə bağlı qıtlıq yaşanmasın deyə hökumət ərzaq məhsulları və dərman preparatları idxal edən şirkətlərə “yaşıl işıq” yandırdı. Digər şirkətləri isə müxtəlif vasitələrlə məhdudlaşdırdı ki, ölkədən valyuta axını olmasın. Lakin həmin şirkətlərə, xüsusilə də iri holdinqlərə müəyyən tövsiyə və tapşırıqlar verdi ki, zəruri ərzaq ehtiyatı əldə etsinlər”.

“Doğrudur, əvvəlki illərdə də ət idxalında müəyyən artımlar olub. Lakin indiki halda mən hesab edirəm ki, bu artım hökumətin ərzaq ehtiyatı yaratmaqla bağlı həyata keçirdiyi strategiya ilə bağlıdır. Hər bir halda bununla bağlı ilin ikinci yarısından sonra daha dəqiq nəticələr çıxarmaq olar”, - Əliyev vurğulayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Ən çox oxunanalar